İDMAN


Buffon “Portu”da Kasilyası əvəz edəcək

Lissabon, 12 iyun, AZƏRTAC

“Yuventus” və “Pari Sen-Jermen” (“PSJ”) komandalarının keçmiş qapıçısı Canluici Buffon “Portu”ya keçə bilər.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, Portuqaliya çempionunun xeyrinə seçim etmiş 41 yaşlı futbolçu yeni komandada ispaniyalı qolkiper İker Kasilyası əvəz etməyə hazırdır.

Keçən ay ürəktutma keçirmiş Kasilyas isə karyerasını başa vura bilər.

Buffon iyunun 5-də “PSJ” ilə müqavilənin müddətini uzatmaqdan imtina edərək bu komandadan ayrılıb. İtaliyalı qapıçı Paris komandasının heyətində müxtəlif turnirlərdə 25 matç keçirib və Fransa çempionu olub.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Lissabon

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.