İQTİSADİYYAT


“Buğdanın qiymətinin optimallaşdırılması istiqamətində fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var” - iqtisadçı

“Buğdanın qiymətinin optimallaşdırılması istiqamətində fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var” - iqtisadçı

Bakı, 14 mart, AZƏRTAC

Rusiya-Ukrayna müharibəsindən sonra buğdanın qiymətində artım müşahidə olundu. Hazırda buğda ixrac edən ölkələrin qiymətində azalma müşahidə edilir. Çünki dünya bazarına çıxarılan buğdanın həcmində artımlar oldu. Bu da nəticə etibarilə Azərbaycanın idxal etdiyi buğdanın xərcinə birbaşa təsir göstərir.

Bu barədə AZƏRTAC-a iqtisadçı-ekspert Vüqar Bayramov deyib.

O bildirib ki, bu, dünya bazarında buğdanın qiymətinin dəyişməsi ilə bağlıdır. O baxımdan buğda istehlakında xarici idxalın payının azaldılması üçün yerli istehsalın genişləndirilməsi çox vacibdir. "Nəzərə almaq lazımdır ki, Azərbaycan çörək və un məmulatları istehlak edən ölkədir. Buğdanın qiymətinin optimallaşdırılması və qiymətinin azaldılması önəmlidir. Bu istiqamətdə fəaliyyətlərin genişləndirilməsinə ehtiyac var ki, Azərbaycanda buğdanın və çörəyin qiymətinin optimallaşdırılması mümkün olsun", - deyə V.Bayramov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.