İQTİSADİYYAT


Bugünkü Doha-Bakı-Doha aviareysi ləğv olunub

Bakı, 7 mart, Elvin Camalov, AZƏRTAC

Martın 7-də həyata keçirilməli olan Doha-Bakı-Doha aviareysi ləğv edilib.

AZƏRTAC Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosuna istinadla xəbər ki, “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 21:10-da “QR 353” saylı Dohadan Bakıya uçuşu ləğv olunub. Bu gün Bakıya həyata keçirilməsi nəzərdə tutulan reys ləğv edildiyindən “Qatar Airways” aviaşirkətinin yerli vaxtla saat 22:10-da Bakıdan Dohaya olan “QR 354” saylı uçuşu da ləğv edilib. Aviareyslər “Airbus A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Doha-Bakı-Doha aviareysinin hansı səbəbdən təxirə salındığı məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.