İQTİSADİYYAT


Bugünkü valyuta hərracında bankların tələbi tam təmin edilib

Bakı, 12 mart, AZƏRTAC

Martın 12-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib.

AMB-dan AZƏRTAC-a bildirilib ki, qrafik üzrə keçiriləcək növbəti valyuta hərracınadək qalan günlərin sayı nəzərə alınaraq, o cümlədən banklar tərəfindən həftəsonu valyuta satışlarının fasiləsizliyinin təmin edilməsi məqsədilə bankların hərracda tələbi tam təmin edilib. Hərracda tələb 220,8 milyon ABŞ dolları təşkil edib ki, bu da qrafik üzrə martın 10-da keçirilmiş valyuta hərracında formalaşmış tələbdən 102,4 milyon ABŞ dolları və ya 32 faiz az olub.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.