İQTİSADİYYAT
Builki “Hackathon” müsabiqəsi kibertəhlükəsizlik sahəsində baza bilikləri olan tələbələr üçün nəzərdə tutulub
Bakı, 21 fevral, AZƏRTAC
"Kibertəhlükəsizlik həftəsi" çərçivəsində martın 4-də keçiriləcək "Hackathon" müsabiqəsi kibertəhlükəsizlik sahəsində baza bilikləri olan tələbələr üçün nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidmətinin Beynəlxalq əlaqələndirmə və əməkdaşlıq sektorunun məsləhətçisi Ləman Hüseynzadə deyib.
“Müsabiqə 12 saat davam edəcək. Müsabiqə çərçivəsində iştirakçılara komanda şəklində veb-tətbiqetmələrdə olan zəifliklərin istismarı, kriptoqrafiya, bunlar tətbiqetmələrdə olan pozuntuların istismarı, tərs mühəndislik kimi mövzular üzrə tapşırıqların həllini tapmaq təklif olunacaq. Martın 6-da müsabiqə üzrə mükafatlandırma mərasimi baş tutacaq. Birinci yer üzrə 4 min AZN, ikinci yer üzrə 2 min AZN, üçüncü yer üzrə isə 1000 AZN məbləğində pul mükafatı təqdim ediləcək”, - deyə o bildirib.