REGİONLAR


Builki mövsümdə Zaqatalada 35 min tondan çox taxıl istehsal edilib

Zaqatala, 21 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatala rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası başa çatıb. Cari mövsümdə rayonda 11 min 320 hektar sahənin məhsulu biçilib, 35 min 50 ton taxıl istehsal olunub. Hər hektara görə orta məhsuldarlıq 31 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 1881 ton artıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Zaqatala Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Vaqif Şabanov məlumat verib.

Qurum rəsmisi bildirib ki, builki mövsümdə zaqatalalı fermerlər 7 min 812 hektar buğda sahəsindən 24 min 455 ton, 3 min 508 hektar arpa sahəsindən isə 10 min 595 ton məhsul əldə ediblər. Buğda sahələrinin hər hektarının orta məhsuldarlığı 31,3 sentner, arpa zəmilərinin isə 30,2 sentner olub.

Rayon üzrə ən yüksək məhsuldarlıq “Muxax” İstehsal Kooperativinin buğda sahələrində qeydə alınıb. Belə ki, bu təsərrüfatda buğda zəmilərində orta məhsuldarlıq 50 sentnerdən yuxarı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.