ELM VƏ TƏHSİL
Builki qəbul imtahanlarında ixtisaslar üzrə artım olacaqdır
Bakı, 14 fevral (AZƏRTAC). Bu il qəbul imtahanlarında dövlət sifarişli yerlərdə müəyyən ixtisaslar üzrə artım olacaqdır.
AZƏRTAC xəbər verir ki, bu sözləri fevralın 14-də jurnalistlərə müsahibəsində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə demişdir.
TQDK sədri qeyd etmişdir ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunan qərara əsasən dövlət sifarişli yerlər üzrə ali məktəblərə 3 illik qəbul planında dəyişiklik olmamışdır. Yalnız builki qəbul planında müəyyən dövlət sifarişli yerlər üzrə ixtisaslarda artmalar gözlənilir. Qəbul prosesi zamanı müsabiqəyə uyğun artmalar əsasən dövlət sifarişli yerlərdə yaranır və abituriyentlər ixtisas seçimində dövlət sifarişli yerləri indidən nəzərdən keçirməlidirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]