İDMAN


Bukmeykerlər “Mercedes”in pilotu Lyuis Hemiltonu Bakıdakı yürüşlərin favoriti hesab edir

Bakı, 22 aprel, AZƏRTAC

“William Hill” bukmeyker kontoru Formula 1 çempionatının Azərbaycan Qran-Prisində qələbəyə qoyulan mərclərin kursunu dərc edib.

AZƏRTAC xəbər verir ki, bukmeykerlər “Mercedes”in pilotu Lyuis Hemiltonu Bakıdakı yürüşlərin favoriti qismində görürlər. İkinci yerdə Sebastyan Fetteldir. Onların ortaqları olan Valtteri Bottasın və Şarl Leklerin qələbəyə şansları eyni dəyərləndirilir.

Şəxsi hesabda qələbəyə Lyuis Hemilton əminliklə liderlik edir. Sebastyan Fettelin titulu qazanmaq şansı 3 dəfə az qiymətləndirilir.

Üç yürüşdən sonra “Mercedes” komandası “Ferrari” və “Red Bull Racing” komandalarının birlikdə topladığından daha çox xal qazanıblar. Təəccüblü deyil ki, bukmeykerlər komandaların Konstruktorlar Kubokunda qələbəsinə şübhə etmirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.