MƏDƏNİYYƏT


Buktreyler festivalının dördüncü mövsümünə start verilib

Bakı, 8 fevral, AZƏRTAC

Kinoaktyor, prodüser Ruslan Sabirlinin təşəbbüsü, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən Buktreyler festivalının növbəti, sayca dördüncü mövsümünə start verilib.

Festivalın təsisçisi Ruslan Sabirli AZƏRTAC-a bildirib ki, festivala aprelin 23-dək Dünya Kitab və Müəllif Hüquqları Günündə yekun vurulacaq.

Buktreyler – kitabın məzmununu vizuallaşdırmaqla oxucular arasında təbliğinə istiqamətlənən, onun ən maraqlı anlarını özündə əks etdirən videoçarx (treyler) və qısa filmdir.

2016-cı ildə əsası qoyulan festivalın məqsədi kitaba və mütaliəyə marağın artırılması, film sənayesində yeni istedadların müəyyən edilməsidir.

Mədəniyyət Nazirliyi ilə yanaşı, Beynəlxalq Muğam Mərkəzi, C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası festivala dəstək verir. Əsas tərəfdaş “Azercell” mobil operator şirkətidir.

Festival barədə ətraflı məlumatı www.booktrailer.az internet səhifəsindən və ya www.facebook.com/BooktrailerFest/ “Facebook” səhifəsindən əldə etmək olar.

Həmçinin bütün suallarla bağlı [email protected] elektron ünvana müraciət etmək mümkündür. Festivala qatılmaq istəyənlər aprelin 1-dək müraciət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.