RƏSMİ SƏNƏDLƏR


Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin əməkdaşlarına “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 90 illik yubileyi münasibətilə və Azərbaycanda musiqi təhsilinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə “Əməkdar müəllim” fəxri adı verilsin:

Kraynova Valentina Serqeyevna

Manafova Ülviyyə Azər qızı

Səttarova Səadət Qüdrət qızı.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2018-ci il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin