MƏDƏNİYYƏT
Bülbül adına musiqi məktəbinin 90 illiyinə həsr edilmiş filmin təqdimatı olub
Bakı, 15 dekabr, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin 90 illiyinə həsr edilmiş sənədli filmin təqdimatı olub.
Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, nümayişdən əvvəl məktəbinin direktoru, Xalq artisti Teymur Göyçəyev çıxış edərək, filmin rejissoru Gülarə Abdullayevaya təşəkkürünü bildirib.
Sonra filmin premyerası olub. Məktəbin tarixi, fəaliyyəti və ənənələrindən bəhs edən film təhsil ocağının bir çox görkəmli məzunlarının məktəb illəri haqqında xatirələri ilə yanaşı, hər dövrün ən yaddaqalan anlarını əhatə edir.
Premyeradan sonra məktəbin şagirdləri tərəfindən konsert proqramı təqdim olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]