CƏMİYYƏT


Bülbülə qəsəbəsində anbardan oğurluq edən şəxs saxlanılıb

Bakı, 15 may, AZƏRTAC 

Mayın 13-də Suraxanı Rayon Polis İdarəsinin 31-ci polis bölməsinə Bülbülə qəsəbəsindəki bir anbardan oğurluq edilməsi barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal araşdırmalara başlanılıb. Zərərçəkmiş Bülbülə qəsəbə sakini A.Adıgözəlov cari il fevralın 10-dan mayın 13-dək olan müddətdə qəsəbədəki anbarının divarının söküldüyünü və 40 min manat dəyərində qadın ayaqqabısının oğurlandığını bildirib.

Oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Elvin Həsənov polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.