MƏDƏNİYYƏT


Bülbülün 125 illiyinə həsr olunan müsabiqə keçiriləcək

Bakı, 5 avqust, AZƏRTAC

Sentyabrın 2-dən 9-dək Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Milli Konservatoriya və Bülbül Fondu, həmçinin Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində görkəmli opera ifaçısı, SSRİ Xalq artisti Bülbülün 125 illik yubileyinə həsr olunan xanəndə və instrumental muğam (tar, kamança, balaban, qanun) ifaçılarının iştirakı ilə “Milli Musiqi İfaçılarının Respublika Müsabiqəsi” təşkil olunacaq.

AZƏRTAC xəbər verir ki, müsabiqə ilkin seçim və iki əsas mərhələdən ibarətdir. İlkin seçim mərhələsi sənədlərə və ifalara əsaslanaraq müsabiqənin iştirakçılarını müəyyənləşdirir. İştirak hüququ qazanan ifaçılar müsabiqənin birinci mərhələsinə buraxılırlar.

Müsabiqənin şərtlərinə görə, 17-25 yaşarasında olan xanəndə və instrumental ifaçılar təxminən 10 dəqiqə ərzində ənənəvi musiqi irsimizin zənginliyi və daxili rəngarəngliyini əks etdirən ifa təqdim etməlidir. Müsabiqədə iştirak etmək istəyən namizədlər qeyd olunan sənədləri avqustun 25-dək [email protected]  ünvanına göndərməlidir.

Müsabiqə üç əsas mərhələdə keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.