CƏMİYYƏT


Bullinqlə mübarizə istiqamətində təlim proqramının icrasına başlanılıb

Bakı, 4 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Sağlam Gəncliyə Doğru” İctimai Birliyinin təşkilatçılığı, “İrəli” İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilən “Stop or Stop it” layihəsi çərçivəsində təlim proqramının icrasına başlanılıb.

“İrəli” İctimai Birliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim proqramına uyğun olaraq 25 nəfər gəncə bullinq və onun əsasları, kiberbullinq, uşaqlarla sosial iş, emosional zəka, şəxsiyyətin formalaşması və digər mövzularda maarifləndirici sessiyalar keçirilib. Layihə boyunca iştirakçı gənclər bir sıra enercayzer və komanda işlərində bacarıqlarını sınayıblar.

Təlim proqramına habelə natiqlik, təqdimat və səmərəli ünsiyyət bacarıqları, komanda quruculuğu və başqaları aiddir.

Qeyd edək ki, təlim proqramını uğurla başa vurduqdan sonra multiplayer kimi formalaşmış gənclər müxtəlif auditoriyalar üçün təlimlər keçəcəklər.

Bu mərhələdə 500-ə yaxın gəncin iştirakı planlaşdırılır. Ümumilikdə isə layihənin əsas məqsədi gənclər arasında bullinqin fəsadları haqqında maarifləndirmə aparmaq, özünəinam, şəxsiyyət hissinin formalaşmasına yardımçı olmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.