ELM VƏ TƏHSİL


Bulud sistemlərinin analizi və sintezi problemləri araşdırılır

Bakı, 12 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda bulud sistemlərinin analizi və sintezi problemləri araşdırılır.

Bu barədə institutun növbəti elmi seminarında məlumat verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov cari ildə rəhbərlik etdiyi şöbədə aparılan elmi-tədqiqat işləri haqqında məlumat verib.

R.Ələkbərov, həmçinin “Green Computing” texnologiyalarında meydana çıxan problemlər və onların həlli yolları, simsiz şəbəkə texnologiyaları, süni intellekt sistemləri üzrə mövcud problemlər, tədqiqat metodlarının müqayisəli analizi, mobil hesablama buludlarının resurslarından səmərəli istifadə olunması metodlarının tədqiqi istiqamətində elmi araşdırmalar aparıldığını diqqətə çatdırıb.

R.Ələkbərov şöbənin elmi-pedaqoji və elmi-təşkilati fəaliyyəti, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən tövsiyə olunan beynəlxalq və respublika səviyyəli jurnallarda elmi məqalələrin nəşri ilə bağlı görülən tədbirlər barədə də məlumat verib.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin hesabatı ilə bağlı tövsiyələrini səsləndirib. Akademik şöbə əməkdaşlarının elmi-nəzəri fəaliyyətinin gücləndirilməsinin və aparılan tədqiqatların daha da dərinləşdirilməsinin zəruriliyini vurğulayıb.

Hesabat ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.