İQTİSADİYYAT


“Bulud texnologiyaları” üzrə seminar keçiriləcək

Bakı, 15 iyun, AZƏRTAC

İyunun 18-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) təşkilatçılığı ilə “Bulud texnologiyaları” üzrə seminar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, seminarın təşkilində məqsəd ölkədə bulud texnologiyaları sahəsi üzrə gənc mütəxəssislərin bilik və bacarıqlarının artırılmasıdır. Seminarda bulud texnologiyaları üzrə karyera yolları və trendləri haqqında məlumat təqdim olunacaq.

Eyni zamanda, peşəkar mütəxəssis Mirceyhun Musayevin yeni hazırladığı “Microsoft Azure - Təhlükəsizlik Mexanizmləri” kitabının təqdimatı olacaq.

Seminar iyunun 18-də saat 20:00-da “Zoom” platforması üzərindən onlayn keçiriləcək. Bu link (https://forms.gle/WnHeKSP3JeCYjXH58) vasitəsilə seminar haqqında ətraflı məlumat əldə etmək və iştirak üçün qeydiyyatdan keçmək mümkündür.

Seminarda iştirak ödənişsizdir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.