ELM VƏ TƏHSİL


Bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi üçün tədqiqatlar aparılıb

Bakı, 17 iyul, AZƏRTAC

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi üçün metod və alqoritmlərlə bağlı tədqiqatlar aparılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti elmi seminarda mövzu üzrə əldə olunan elmi-nəzəri nəticələr təqdim olunub.

AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev bulud texnologiyalarında informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində aparılan araşdırmaların müasir dövrdə aktuallıq kəsb etdiyini bildirib və bu problemlərin dərindən araşdırılmasının zəruriliyini vurğulayıb. Akademik tədqiqatlar zamanı “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində məsələlərə yer ayrılmasını tövsiyə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.