İDMAN


Bundesliqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Bakı, 27 aprel, AZƏRTAC

Almaniyanın “Auqsburq” futbol klubunun baş məşqçisi Hayko Herrlix qovulub.

AZƏRTAC xəbər verir ki, buna komandanın cari mövsüm uğursuz çıxışı səbəb olub. İstefaya göndərilən baş məşqçini Markus Vayntsirl əvəzləyib. Qırx altı yaşlı mütəxəssis 2022-ci ilin iyun ayınadək komandanın sükanı arxasında olacaq.

Qeyd edək ki, “Auqsburq” klubu turnir cədvəlində 33 xalla 13-cü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.