ELM VƏ TƏHSİL


Buraxılış imtahanlarının şəhər və rayonlar üzrə siyahısında dəyişiklik edilib

Bakı, 20 iyun, AZƏRTAC 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli Qərarına əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən iyunun 24-də və 25-də keçirilməsi nəzərdə tutulan imtahanların şəhər və rayonlar üzrə siyahısında dəyişiklik edilib. Bu dəyişikliklərlə mərkəzin saytında tanış olmaq olar.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə iyunun 20-də keçirdiyi onlayn mətbuat konfransında deyib.

O məlumat verib ki, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanlar keçirilməyəcək. Bu şəhər və rayonlarda imtahanlar sərtləşdirilmiş karantin rejimi başa çatdıqdan sonra təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.