ELM VƏ TƏHSİL


Buraxılış siniflərinin şagirdləri dərslikləri iyun ayında təhvil verəcəklər

Bakı, 2 iyun, AZƏRTAC 

İlk olaraq buraxılış siniflərinin, yəni IX və XI siniflərin şagirdlərinin dərslikləri təhvil verməsi prosesi bu ay - iyunun 15-dən 30-dək aparılacaq. Çünki onlar təhsil pilləsini bitirirlər və bəzən də məktəbi tərk edirlər.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov deyib.

Onun sözlərinə görə, II-IV, VI-VIII və X siniflərdə isə bu proses avqustun 1-dən 15-dək həyata keçiriləcək. I və IV siniflərin şagirdləri isə dərslikləri sentyabrın 1-dən 15-dək təhvil verməlidirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.