ELM VƏ TƏHSİL


Buraxılış siniflərinin şagirdlərinin attestatlarında hər bir fənn üzrə bütün ümumi dərs saatlarının miqdarı qeyd olunmalıdır

Bakı, 2 iyun, AZƏRTAC 

Attestatlarda hər fənn üzrə ümumi dərs saatlarının miqdarı öz əksini tapmalıdır. Bu tədris ilində də həm 9, həm də 11-ci siniflərin məzunlarının attestatlarında hər bir fənn üzrə bütün ümumi dərs saatlarının miqdarı qeyd olunmalıdır.

Şagirdlərin sinifdən-sinfə keçirilməsi, məzunlara dövlət sənədlərinin, yəni attestatların verilməsi ilə bağlı qərar qəbul edilməsi üçün pedaqoji şuranın toplantısının mövcud şəraiti nəzərə alaraq onlayn keçirilməsini tövsiyə edirik. Əgər texniki səbəblərdən bu, mümkün deyilsə, müəyyən kateqoriyalardan olan əməkdaşlar nəzərə alınmaqla, sanitar-epidemioloji qaydalara - sosial məsafənin saxlanılması, tibbi maskanın taxılmasına əməl etməklə əvvəlki formada müəllimlər cəlb edilərək toplantı keçirilə bilər. Bu zaman böyük otaq seçilməli və ya akt zallarında təşkil olunmalı və sosial məsafə mütləq saxlanılmalıdır.

AZƏRTAC xəbər verir ki, bunu Təhsil Nazirliyinin əməkdaşı Anar Mirzəzadə bildirib.

O deyib: “Qiymətlərindən razı olmayan və ya biliyi qiymətləndirilməyən şagirdlərin qiymətləndirilməsi avqustun 20-dən 29-dək təşkil olunduqdan sonra pedaqoji şuranın iclası keçirilməli, onların sinifdən-sinfə keçirilməsi ilə bağlı qərar verilməli və ümumtəhsil məktəbinin rəhbərliyi tərəfindən bu məsələ əmrləşdirilməlidir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.