ELM VƏ TƏHSİL


Buraxılış və qəbul imtahanlarına yeni orfoqrafiya qaydaları ilə bağlı suallar salınmayacaq

Bakı, 25 yanvar, AZƏRTAC

2022-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanlarına yeni orfoqrafiya qaydaları ilə bağlı suallar salınmayacaq.

AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin 2022-ci ildə keçiriləcək buraxılış və qəbul imtahanları ilə əlaqədar təşkil etdiyi canlı yayımda mərkəzin şöbə müdiri Afiqə Batıyeva deyib.

O bildirib ki, yeni orfoqrafiya qaydaları hələ dərsliklərə daxil edilməyib. Dərsliklərdə olmayan mövzular isə imtahan suallarına salınmır.

Qeyd edək ki, 2021-ci ildə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” çap olunub. “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin 7-ci nəşrini AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları tərtib ediblər. Lüğətə 5000-dən çox söz daxil edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.