Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Burkina-Fasonun Prezidenti Rok Mark Kristian Kaboredən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Ölkənizin milli bayramı – Respublika Günü münasibətilə Sizə Burkina-Faso xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

Bu gözəl fürsətdən istifadə edərək Sizə və xalqınıza cansağlığı, sülh, rifah və davamlı tərəqqi arzulayıram.

Əmin ola bilərsiniz ki, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin davamlı olaraq möhkəmlənməsi üçün Sizinlə birgə işləməyə daim hazıram.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Rok Mark Kristian Kabore

Burkina-Fasonun Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin