DÜNYA


Burkino-Fasoda katolik kilsəsinə silahlı hücum edilib

Bakı, 26 may, AZƏRTAC

Bazar günü Burkino-Fasonun şimalında silahlı şəxslərin katolik kilsəsinə hücumu zamanı dörd katolik həlak olub, ikisi ağır yaralanıb.

AZƏRTAC xəbər verir ki, hücum barədə məlumatı RFİ radiostansiyasının Afrika bölməsi yayıb.

D'information du Burkina agentliyinin yerli mənbələrə istinadla verdiyi məlumata görə, kilsəyə 12 nəfər motosikletlərdə hücum edib. Nəticədə doqquz nəfər, o cümlədən dörd katolik həlak olub.

May ayında ölkədə dörd hücum nəticəsində ümumilikdə azı 20 xristian-katolik öldürülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.