DÜNYA


Burkino-Fasoda kəndə hücum edən silahlılar 100 nəfəri öldürüb

Bakı, 5 iyun, AZƏRTAC

Silahlıların Burkino-Fasonun şimal-şərqində yerləşən Solxan kəndinə hücumu nəticəsində 100-ə yaxın insan həlak olub.

AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, hücum edənlər evləri və yerli bazarı yandırıblar. Hakimiyyət orqanlarının yaydığı bəyanatda silahlılar terrorçu kimi səciyyələndirilib.

Bundan əvvəl France-Press agentliyi ölkənin şimalındakı Tadaryat kəndinə silahlı basqın zamanı 14 nəfərin öldürüldüyü barədə xəbər verib. Yerli Omega radiostansiyasının məlumatına görə, silahlılar xalq könüllü dəstələrinin postuna hücum ediblər. Sonra kəndin ərazisinə soxularaq sakinləri atəşə tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.