DÜNYA


Burkino-Fasoda silahlıların hücumu nəticəsində ölənlərin sayı 160 nəfərə çatıb

Bakı, 6 iyun, AZƏRTAC

İyunun 5-nə keçən gecə silahlıların Burkino-Fasonun şimal-şərqində yerləşən Solxan kəndinə hücumu nəticəsində həlak olan dinc sakinlərin sayı 160-a yüksəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə France-Press agentliyi yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb.

“Ötən sutka biz üç qardaş məzarında 20-si uşaq olmaqla 160 nəfəri dəfn etdik”, - deyə agentliyin həmsöhbəti bildirib.

Ölənlərin sayının artacağı istisna olunmur.

2015-ci ildən bəri Burkino-Fasonun həmin hissəsində silahlıların basqınları zamanı əhali arasında bu qədər böyük qırğın olmayıb. Ölkə hökuməti faciə ilə bağlı üçgünlük milli matəm elan edib.

Son üç ildə Burkino-Faso Qərbi Afrikada terror qruplaşmalarının aktivlik episentrinə çevrilib. Bu müddətdə terrorçular mindən çox dinc vətəndaşları öldürüblər, 1,5 milyondan artıq insan isə zorakılıq səbəbindən evlərini tərk etməyə məcbur olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.