SİYASƏT


Burkitbay Ayaqan: Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi bu ölkənin uğurudur VİDEO

Nur-Sultan, 27 oktyabr, AZƏRTAC 

Qoşulmama Hərəkatına sədrliyin Azərbaycana keçməsi ölkənizin uğurudur və Azərbaycan doğru yol seçib.

Bunu AZƏRTAC-a müsahibəsində Qazaxıstan Dövlət Tarix İnstitutunun direktoru, professor Burkitbay Ayaqan deyib.

O qeyd edib ki, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşünün Bakıda keçirilməsi hazırkı dövrdə Azərbaycanın bir çox ciddi məsələlərin düzgün həllində, diplomatik addımların atılmasında və sülhsevər yolların axtarışında olmasından xəbər verir.

Direktor bildirib ki, Azərbaycan qonşu dövlətin aqressiv təcavüzkarlığı qarşısında, ərazisi işğal altında olan ölkədir. Buna baxmayaraq Azərbaycan rəhbərliyi qoşulmama istiqamətində çox ciddi siyasət aparır. Düşünürəm ki, Azərbaycan qoşulmama hərəkatında mühüm rol oynayir.

Bundan başqa tarixçi alim Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Bakıda keçirilən VII Zirvə Görüşünün yüksək təşkilatçılıqla keçirildiyini bildirdi. Azərbaycanın uzaq Şərqdən Afrikaya qədər parçalanan türkdilli ölkələrin mərkəzində yerləşdiyini söyləyən alim türk dünyasının birliyi üçün iqtisadi münasibətlərin daha da möhkəmləndirilməsinin vacib olduğunu bildirib.

O, hazırda Azərbaycan və Qazaxıstanın aparılan reformalarda lider ölkələr olduğunu vurğulayıb.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.