MƏDƏNİYYƏT
Bursa bələdiyyəsinin sədri: Şuşanı, Qarabağı ziyarət etməyi ürəkdən arzulamışam VİDEO
Bursa, 5 noyabr, AZƏRTAC
Bursa 2022-ci ildə əmanət aldığı türk dünyası mədəniyyət paytaxtına böyük uğurla ev sahibliyi edib. Həyata keçirdiyimiz layihələrdə bütün türk dünyası fəal olaraq yanımızda yer alıb. Türk dünyası mədəniyyət paytaxtını 2023-cü ildə Şuşaya ötürməkdən çox məmnunuq. Qəhrəman Azərbaycanın işğaldan azad etdiyi Şuşa inşallah ki, bu əmanəti mətinliklə irəli aparacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş ifadə edib.
TÜRKSOY-un fəaliyyəti və həyata keçirdiyi layihələri yüksək dəyərləndirən, Azərbaycan haqqında xoş ifadələr səsləndirən bələdiyyə sədri Alinur Aktaş deyib: “Şuşa türk dünyasının mədəniyyət paytaxtı olmasaydı belə, Şuşanı və Qarabağ torpağını ziyarət etməyi ürəkdən arzulamışam”.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Bursa