CƏMİYYƏT


Bursa valisi: Türk milləti olaraq hər zaman Azərbaycanın yanındayıq

Bursa valisi: Türk milləti olaraq hər zaman Azərbaycanın yanındayıq

İstanbul, 9 dekabr, AZƏRTAC

Hamımıza bəlli olduğu kimi, Azərbaycanın tarixi Şuşa şəhəri 2020-ci ildə əsirlikdən xilas edildi. Biz türk milləti olaraq hər zaman Azərbaycanın yanındayıq. Vətən müharibəsi dövründə də ürəyimiz azərbaycanlı qardaşlarımızın yanında idi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Türkiyənin Bursa şəhərinin valisi Yakup Canbolat bildirib.

“Türk Dünyasının Mədəniyyət Paytaxtı” statusunun 2023-cü il üçün Şuşaya təhvil edilməsinin böyük məna kəsb etdiyini qeyd edən vali deyib: “Bu münasibətlə bütün azərbaycanlıları, şuşalıları təbrik edirik. Bursa kimi, Şuşanın da bu adı layiqli səviyyədə daşıyacağına və il boyu bu istiqamətdə mühüm tədbirlərin görüləcəyinə əminik. Xeyirlərə vəsilə olmasını diləyirəm”.

Bursada keçirilən Şuşa Günlərinə toxunan vali bildirib ki, bu iki gün ərzində Şuşanın ədəbiyyatı, mədəni mirası, dahi şəxsiyyətləri, Azərbaycanın mədəniyyət və sənətinin türk dünyasındakı əhəmiyyəti nümayiş etdirilir. Tədbiri təşkil edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürümüzü bildiririk.

Günel Məlik

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.