CƏMİYYƏT
Bursada keçirilən Azərbaycan günləri çərçivəsində Vətən müharibəsi qaziləri ziyarət edilib
İstanbul, 22 sentyabr, AZƏRTAC
Türkiyənin Bursa vilayətində keçirilən Azərbaycan günləri çərçivəsində bir neçə tədbir baş tutub.
AZƏRTAC xəbər verir ki, “Bir millət, iki dövlət” şüarı altında keçirilən layihə çərçivəsində bu vilayətdə yerləşən "Generalı Polad Həşimov" parkı və Bursada müalicə alan II Qarabağ müharibəsi qaziləri ziyarət edilib.
Layihə Bursada fəaliyyət göstərən “GİM AZDER” Dərnəyinin təşəbbüsü, Bursa Böyükşəhər, Karacabey bələdiyyələrinin, İğdır Mədəniyyət, Sosial və Həmrəylik, İstanbul Azərbaycan Dostluq, Antalya Azərbaycan Mədəniyyət və Həmrəylik, eləcə də “GİM ULSİAD” dərnəklərinin təşkilati dəstəyi ilə baş tutub.
Azərbaycan günləri çərçivəsində Bursanın Karacabey rayonunda Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin adına parkın açılışı olub.
Tədbirlərdə Şirin Mirzəyevin ailə üzvləri, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin, Bursa və Karacabey bələdiyyələrinin nümayəndələri, buradakı ictimai birliklərinin üzvləri və digər qonqlar iştirak ediblər.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul