MƏDƏNİYYƏT


Bursada üçrəngli bayrağımızın rənglərinə boyanan bina insanların qəlbindəki Azərbaycan sevgisini zirvələrə qaldırır VİDEO

Bursa, 29 sentyabr, AZƏRTAC

Türkiyənin Bursa vilayətinin İznik rayonunun mərkəzində üçrəngli bayrağımızın rənglərinə boyanan Akdaşlılar ailəsinə məxsus yaşayış binası təkcə yerli sakinlər üçün deyil, turistlər üçün də ən cəlbedici məkanlardan birinə çevrilib.

AZƏRTAC xəbər verir ki, rayon mərkəzi ilə İznik gölünü birləşdirən prospektdə yerləşən bina buradakı Səlcuk orta məktəbinin bir-neçə addımlığındadır. Ev sahibəsi Nərgiz Akdaş müsahibəsində bildirib ki, binanın üstündə boyama işləri yeni başlayanda məktəb şagirdləri Azərbaycan bayrağının rənglərini fərq edərək prospekt boyunca “Azərbaycan, Azərbaycan!” sədaları ilə qışqırmağa başlayıblar.

Qılınc Aslan İznikin mərkəzi prospekti olduğu üçün rayondakı bütün kütləvi tədbirlər bu ərazidəki meydandan başlayır. Hər dəfə İznik gölünə doğru hərəkət edən izdiham Azərbaycan bayrağını alqışlarla qarşılayır.

Bayrağın binanın üstündəki əzəməti qarşıdakı binaların, yol kənarındakı maşınların şüşələrində əks olunaraq ətrafa xüsusi gözəllik verir.

 
Sabir Şahtaxtı

AZƏRTAC-ın xüsusi müxbiri

Bursa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.