RƏSMİ SƏNƏDLƏR


Burundi Respublikasının Prezidenti Pyer Nkurunzizadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə Burundi xalqı və hökuməti adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaqdan çox məmnunam.

Fürsətdən istifadə edərək, ümidvar olduğumu bildirirəm ki, Burundi Respublikası və Azərbaycan Respublikası arasında səmimi münasibətlər xalqlarımızın qarşılıqlı mənafeləri naminə daha da möhkəmlənəcək.

Bir daha Sizə və Azərbaycan xalqına sülh, xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Zati-aliləri, cənab Prezident, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Pyer Nkurunziza

Burundi Respublikasının Prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin