İDMAN


Buryatiya şamanları Rusiya yığması üçün dua edirlər

Bakı, 7 iyul, AZƏRTAC

Buryatiya şamanları futbol üzrə dünya çempionatının dörddəbir final mərhələsində Xorvatiya yığması ilə matçdan əvvəl Rusiya yığması üçün dua edirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı TASS informasiya agentliyi Ulan-Udedə şamanların “Tengeri” dini təşkilatının nümayəndəsi Lyudmila Daşitsırenovaya istinadla yayıb.

L.Daşitsırenova deyib: “Əlbəttə, Rusiya yığmasına azarkeşlik edirik. Düzdür, şamanlar məxsusi olaraq taylqan (kollektiv ibadət) üçün toplaşmayıb. Amma bildiyimə görə, bəzi şamanlar Rusiya komandası üçün bu çox mühüm oyundan əvvəl hökmən əcdadlara müraciət edir, “çiləmə” ayini icra edirlər”.

“Çiləmə” dedikdə şamanın küçəyə çıxıb torpağa süd çiləməsi ayini başa düşülür. Bununla o, mühüm hadisədən əvvəl ruhların rəğbətini qazanır. Rusiya yığmasının hər bir oyunundan əvvəl şamanlardan kimsə bu ayini icra edib. L.Daşitsırenova vurğulayıb ki, qarşıdakı matç da istisna deyildir.

“Əlbəttə, şamanlar, xüsusən kişi şamanlar böyük azarkeşdirlər. Axı onlar da bizim kimi adi insanlardır. İdmançılarımızın qələbəsinə həmişə sevinirik, hər bir halda azarkeşlik edirik, onlar üçün həyəcan keçiririk”,- deyə şamanların nümayəndəsi fikrini tamamlayıb.

Buryatiyada şamanizm buddizm, pravoslavlıq və köhnə pravoslavlıqla yanaşı ənənəvi din qəbul edilib. Respublikada şamanların bir neçə iri icması fəaliyyət göstərir.

Rusiya-Xorvatiya matçı bu gün Soçidə keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.