İQTİSADİYYAT


“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Bakı, 18 yanvar, AZƏRTAC

“Buta Airways” loukost aviaşirkəti Bakıdan Ukraynanın daha iki şəhərinə - Odessa və Xarkova birbaşa uçuşlara başlayacaq.

Aviaşirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Odessaya uçuşlar cari il mayın 16-dan etibarən həftənin cümə axşamı və bazar günləri, Xarkova uçuşlar isə mayın 3–dən çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Ukraynaya yeni istiqamətlərin açılması iki ölkə arasında turist axınını daha da artıracaq.

“Buta Airways” aviaşirkəti hazırda Bakı və Kiyev arasında müntəzəm uçuşlar həyata keçirir.

Aviaşirkətin digər istiqamətləri kimi Odessa və Xarkova da minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Aviabiletləri aviaşirkətin rəsmi internet saytında əldə etmək mümkündür.

Loukost aviaşirkət olaraq, “Büdcə” minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. On kiloqramadək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri satış ofislərində əldə etmək mümkündür. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.