İQTİSADİYYAT


“Buta Airways” donanmasına daha bir “Embraer E-190” təyyarəsi əlavə edib

Bakı, 4 dekabr, AZƏRTAC

Azərbaycanın loukost aviaşirkəti “Buta Airways” donanmasına daha bir yeni “Embraer E-190” təyyarəsi əlavə edib. Sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib.

Aviaşirkətin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yeni təyyarə aşağı büdcəli aviadaşıyıcının donanmasında sayca səkkizincidir və aviaşirkətin uçuş cədvəlinə daha çox tələbat olan istiqamətlərə əlavə reysləri əlavə etməyə imkan verəcək.

“Donanmanın yeni təyyarələrlə artırılması “Buta Airways”in marşrut şəbəkəsini daha da genişləndirməyə imkan verəcək. Biz sevinirik ki, milli loukost aviaşirkət Azərbaycan vətəndaşları və ölkəmizə gələn turistlər arasında böyük tələbata malikdir. “Buta Airways”in reyslərinin və istiqamətlərinin sayının artırılması ölkəmizdə turizmin inkişafına daha çox kömək olacaq”, - deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.

“Buta Airways”in yeni təyyarəsi Ağdam şəhərinin adını daşıyır. Ənənəyə uyğun olaraq Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə “su arkası” ilə qarşılanıb.

Aviaşirkət artıq yay uçuş cədvəli üzrə bir çox istiqamətlərə - Sofiya, Alanya, Sankt-Peterburq və digər şəhərlərə aviabiletlərin satışına başlayıb, həmçinin İzmirə aviareyslərin sayını həftədə üç dəfəyədək artırıb.

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. Aviaşirkət əsası 2016-cı ilin dekabrında qoyulub və ilk reysini 2017-ci il sentyabrın 1-də yerinə yetirib. “Buta Airways”in donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və ən çox tələb olunan istiqamətlər üzrə uçuşlar yerinə yetirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.