İQTİSADİYYAT


“Buta Airways” fevralda Mineralnıye Vodı şəhərinə uçuşları bərpa edir

Bakı, 28 yanvar, AZƏRTAC

“Buta Airways” aviaşirkəti Bakıdan Mineralnıye Vodı şəhərinə birbaşa reysləri bərpa edir.

Aviaşirkətdən AZƏRTAC-a bildirilib ki, aviadaşıyıcı fevralın 6-dan uçuşları həyata keçirəcək.

Bakı-Mineralnıye Vodı-Bakı marşrutu üzrə uçuşlar həftədə iki dəfə - çərşənbə axşamı və bazar günləri yerinə yetiriləcək.

Qeyd edək ki, bundan əvvəl, 2021-ci ilin may ayının sonundan 2022-ci ilin yanvar ayına qədər Mineralnıye Vodı şəhərinə uçuşlar “Azərbaycan Hava Yolları” aviaşirkəti tərəfindən həyata keçirilirdi.

Həmin uçuşlara biletləri “butaairways.az” rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə edə bilərsiniz.

Biletlərin dəyəri 29 avrodan başlayır.

Pandemiya dövründə qeyd edilən reyslərə həm gediş, həm gəliş Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci Terminalında həyata keçirilir.

Daşımaya yalnız mövcud epidemioloji məhdudiyyətlər şəraitində uçuş icazəsi olan sərnişinlər kateqoriyası qəbul olunacaq.

Rusiyaya səfər etməyi planlaşdıran Azərbaycan vətəndaşlarının bu ölkənin ərazisinə giriş hüququ olmalıdır. Pandemiya dövründə RF ərazisinə giriş qaydaları aviaşirkətin saytında qeyd edilib: https://www.butaairways.az/az/covid/russia .

Azərbaycanda COVID-19 üçün test verilən klinikaların siyahısı aviaşirkətin saytında qeyd olunub: https://www.butaairways.az/az/covid/clinics .

Rusiya şəhərlərindən Azərbaycana uçuş zamanı COVID-19 testindən keçmək zəruridir. PCR-testin mənfi nəticəsi barədə arayışda onun həqiqiliyini təsdiq edən QR-kodun olması tövsiyə edilir. Belə kodun mövcudluğu hava limanında rəsmiyyət prosedurlarından daha sürətli keçməyə kömək edəcək.

COVID-19 testinin nəticəsi uçuşdan əvvəl 72 saat ərzində etibarlı olmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.