CƏMİYYƏT


Bütün bulvar boyunca xəbərdaredici və maarifləndirici lövhələr yerləşdirilib

Bakı, 29 mart, AZƏRTAC

Dənizkənarı Bulvar İdarəsi Nazirlər Kabineti Yanında Operativ Qərargahın təlimatlarına uyğun olaraq koronavirus infeksiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

AZƏRTAC xəbər verir ki, bu gündən bütün bulvar boyunca xəbərdaredici və maarifləndirici lövhələr yerləşdirilib.

Onların yarısı insanları məsuliyyətli olmağa çağıran “Evdə Qal!” xəbərdaredici bilbordlarıdır. Yarısında isə maarifləndirici məlumatlar əks olunub. Bu lövhələrdə koronavirusun ilkin simptomları barədə məlumat verilir. Virusdan qorunmaq üçün sadə gigiyenik qaydalar, tibbi maska və digər tibbi ləvazimatlardan istifadə qaydaları izah olunur. Bilbordlarda küçədə davranış üzrə təlimatlar da yer alıb.

Evdə qal! çağırışı ilə olan lövhələr əsasən nəqliyyat vasitələrinin gur axını olan yerlərdə yerləşdirilib. Harada ki, sürücülər bu çağırışları sükan arxasından aydın görə biləcəklər. Təlimatlar olan bilbordlar isə əsasən piyada keçidləri üzərində və avtobus dayanacaqları istiqamətində yerləşdirilib. Vətəndaşlar dayanacaqda olarkən, ya da keçiddən keçmək istəyərkən məlumatları oxuya biləcəklər.

Ümumilikdə bulvarın ən birinci avtomobil girişindən ən sonuncu piyada keçidinə qədər bütün çıxışlarda və ya çıxışlararası ərazilərdə xəbərdaredici və ya təlimatlandırıcı olmaqla ümumilikdə 34 bilbord yerləşdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.