CƏMİYYƏT


Bütün dünyada suların duzlaşması prosesi baş verir və alimlər bunun nəyə gətirə biləcəyini hələ ki, bilmir

Bakı, 28 yanvar, AZƏRTAC

On ölkəni təmsil edən elmi qrup suyun duzlaşması ilə bağlı qlobal prosesin bütün dünyada ekosistemlərə necə təsir edəcəyini araşdırmaq məqsədilə bu barədə məlumatları təhlil edib.

AZƏRTAC “Hitech” saytına istinadla xəbər verir ki, insan fəaliyyəti - faydalı qazıntıların hasilatı, kənd təsərrüfatı ilə məşğulluq, eləcə də iqlim dəyişməsi bu gün kontinental sularda duzun konsentrasiyasının ən yüksək səviyyəyə çatmasına gətirib çıxarıb.

Duzla çirklənmə təbii yaşam mühitini dəyişir, növlərin yox olmasına, invaziv orqanizmlərin yayılmasına və qidalandırıcı maddələrin dövriyyəsində dəyişikliklərə səbəb olur. Lakin şirinsulu ekosistemlərlə bağlı nəticələri proqnozlaşdırmaq üçün alimlərdə olan biliklər hələ ki, kifayət deyil.

Yeni elmi işin müəllifləri bildiriblər ki, suyun duzlaşması barədə müasir biliklər coğrafi rayondan asılı olaraq qeyri-bərabərdir. Məsələn, buzun əmələ gəlməməsi məqsədilə yollara səpələnən duzun təsiri Avropada öyrənilməyib, Şimali Amerikada təhlil edilib. Həmçinin duzlaşma amilləri güclənən Afrika və Cənubi Amerika barədə məlumat azdır. Bundan əlavə tədqiqatçılar əlavə ediblər ki, müasir elmi işlərin əksəriyyəti şirinsulu sututarlar, məsələn, regional biomüxtəliflikdə mühüm ekosistem olan nohurlar haqqında məlumatları özündə ehtiva etmir.

Müxtəlif növ duzların regional və landşaft miqyasda su və ətraf mühitə necə təsir etdiyi barədə məlumat yoxdur. Bundan başqa, tədqiqatların əksəriyyəti yalnız su onurğasızlarının öyrənilməsini ehtiva edir, lakin qidalandırıcı maddələrin dövriyyəsini idarə edən və okeanın qida piramidasının zirvəsində olan mikroorqanizmlərə - balıqlara, sürünən heyvanlara və amfibiyalara duzlaşmanın təsiri barədə biliklər kifayət deyil.

“Göl və kiçik çayların qlobal dəyişmə tendensiyası biomüxtəliflik, bunun hamısından asılı olan ekosistemlərin və insanların fəaliyyəti üçün ciddi problemdir”, - deyə professor Miqel Kanyedo-Arqulyes bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.