ORDU
Bütün ixtisaslar üzrə zabit təkmilləşdirmə kursları təşkil olunur
Bakı, 6 fevral, AZƏRTAC
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun müvafiq əmrinə əsasən, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində bütün ixtisaslar üzrə zabit təkmilləşdirmə kursları keçirilir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kurslar hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və xidməti keyfiyyətlərinin yüksəldilməsi, praktiki bacarıqlarının inkişaf etdirilməsi, daha müasir hərbi peşə vərdişlərinə yiyələnməsi məqsədilə təşkil olunur.
Kursun sonunda hava hücumundan müdafiə, artilleriya, maddi-texniki təminat, kəşfiyyat, rabitə, mühəndis-istehkam, topoqrafiya, şəxsi heyətlə iş üzrə yekun imtahanlarını müvəffəqiyyətlə verəcək hərbi qulluqçulara sertifikatlar təqdim ediləcək.