Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Bütün zamanların sevilən şairi

Bütün zamanların sevilən şairi

Bu gün Xalq şairi Qabilin doğum günüdür

Bakı, 12 avqust, AZƏRTAC

XX əsr Azərbaycan poeziyasında öz dəst-xətti, üslubu, mövzuları olan Qabil, bədii-estetik, lirik, fəlsəfi məzmunda ərsəyə gətirdiyi əsərləri ilə ədəbiyyatımızı rövnəqləndirən ədəbi şəxsiyyətlərdəndir. Şairin həyat yolu, sənətdə ilk addımları – ilk şeiri, ilk kitabı zahirən ədəbi şəxsiyyətlərin keçdiyi yola bənzəyir. Lakin poeziyaya özünün coşqun təbi ilə yeni çalar, rənglər gətirməsi, mövzulara çox istiqamətlərdən yanaşaraq, zamanın ağrılarından çıxış etməsi, klassik poeziyamızın mənəvi-əxlaqi, didaktik, fəlsəfi düşüncələrindən bəhrələnərək ədəbiyyatımıza yeni dəyərlər qazandırması şairin istedadının, ədəbi fəhminin göstəricisidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Xalq şairin Qabilin anadan olmasının 94-ci ildönümü münasibətilə yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasirin hazırladığı yazıda yer alıb. Yazını oxuculara təqdim edirik.

Bəllidir ki, hər bir şairi, yazıçını, ümumən yaradıcı insanı yetişdirən mühit, onun dərs aldığı bir məktəb, həyat müəllimi, eləcə də, düşüncəsini formalaşdıran ədəbi məclislər olur. Qabilin də poetik ruhda yetişməsində, şeirə, sənətə ülvi baxışlarının yaranmasında Bakı mühitinin təsiri böyük olub. Belə ki, hələ uşaq yaşlarından yaxınların, qohumların məclislərində eşitdiyi mərsiyələr onda şeirə, sənətə maraq oyadıb. Eləcə də klassik şeirimizin vəznini və əruzu gözəl bilən müəllimi Mirzə Cavad Qabil İmamverdiyevin ədəbiyyata, poeziyaya olan fitrətini duyduğundan onun yetişməsinə səy edib. Təbii ki, bunlar onun fəhmi, qabiliyyəti, dərki ilə yenicə formalaşmağa başladığı çağlar idi. Qabilin həmin dövrdə klassik irsə marağı, çağdaş şairlərin əsərləri ilə yaxından tanışlığı poeziyaya gəlişini zəruri etdi. Həm də fikrən, ruhən onu cazibəsinə aldığından şair bədii-poetik sözün xiridarına çevrildi.

Qabil İmamverdiyev Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində təhsil aldıqdan sonra Moskvada M.Qorki adına Ədəbiyyat İnstitutunun nəzdində olan ali ədəbiyyat kurslarının müdavimi olub. Şərq və Qərb ədəbiyyatını mütaliə edən Qabilin ədəbi təfəkkürü, dünyagörüşü onun mükəmməl bir şair kimi yetişməsində mühüm əhəmiyyət kəsb edir, O, müxtəlif vaxtlarda “Ədəbiyyat və incəsənət” qəzetində poeziya şöbəsinin müdiri, “Azərbaycan” jurnalında şeir üzrə ədəbi işçi, baş redaktorun müavini vəzifələrində işləyib, bir müddət də Azərbaycan Televiziyasında çalışıb. Qabil müasirləri olan B.Vahabzadə, R.Rza, N.Xəzri, Ə.Kürçaylı kimi şairlərin sırasında özünün poetik düşüncəsi, dəst-xətti ilə fərqlənib, özünəməxsusluğu ilə seçilib.

Yayın qorabişirən ayında dünyaya gələn Qabilin bütün şeirlərində, poetik incilərində ürəyinin hərarəti, alovu duyulur. Sair misraları ilə sanki od püskürür, düşüncəmizi alovlandırır. Onun poeziyasından nümunələr gətirmək istəyində olduğum indiki anlarda yaddaşımda səf-səf düzülən incilərinin arasında sanki çaşıb qaldım. Hansı mövzuda, ricətdə yazdığı şeirlərinin hər birinin öz cazibəsi, təsiri, ətri və qüdrəti var... Bu yerdə onun əqidəsini, amalını ifadə etdiyi misralar düşüncəmdə, yaddaşımda sanki haray qopardı. Bu, şairin “Avtoqraf” şeiridi:

Qibləgahım – həqiqət

Səcdəgahım – sədaqət.

Daş-tərəzim – ədalət

Qətiyyətim – cəsarət.

Riyadan, xəyanətdən

Uzağam yeddi iqlim.

Əyilləm haqq önündə,

Bilsəm ki, nahaqqam mən.

Şairin mövzuları gerçək həyatımızın güzgüsüdür, desək, yanılmarıq. Bu güzgüdən şeirlərinin poetik rəngləri aydın görünür. Çox zaman da şair ictimai həyatımızda baş verən hadisələrə özünəməxsus tərzdə verdiyi suallarla bir növ aydınlıq gətirir.

Şəhidlik haqqında istər poeziyamızda, istərsə də nəsrimizdə yaranan əsərlər qədərincədir. Lakin Qabilin şəhidlərə münasibəti tam fərqli və xalqın gözündə gördüyü zirvədədir. Şəhid kimlərə deyilir? Bunu ümumi şəkildə dərk edirik, amma Qabil bunu sadə, həm də məntiqli, obrazlı şəkildə düşüncəmizə həkk edir:

Şəhidlik qanunu nədən ibarət?

Torpağa, bayrağa, xalqa sədaqət!

Adı bir, şəkli min qəhrəmanlığın

Daş-tərəzisimi, arşınımı var? –

Deyin! Axı deyin, – Qəhrəmanlığın?!

Qabilin əsərlərinin çox hissəsi qəsidə, mərsiyə formasında yazılmışdır və inamla demək olar ki, bu üslubda o, özünün bənzərsiz, mükəmməl əsərlərini yaradıb. Yəni Qabil Azərbaycan poeziyasında məhz bu qabili-fəhminə görə də fərqlənib. “Gecəni atəş ilə qırmızı qan eylədilər. Xalqımı, millətimi gülləbaran eylədilər... ” Bu iki misra ilə başlayan “Mərsiyə”si 1990-cı ilin o şənbə gecəsinin qanlı mənzərəsini bütün ağrıları ilə gözümüzün qarşısında canlandırır. Yeri gəlmişkən, şairin bir bənd şeirinin, hətta bir misrasının səsləndirilməsi kifayət edər ki, onun Qabilə məxsusluğunun fərqində olaq. Təbii ki, bu fərdi üslub, özünəxas lirik ricət, deyim tərzi, şeirlərinin ahəngi, müraciət formasının özünəməxsusluğudur. Qabili Azərbaycan oxucusuna sevdirən ən mühüm, ümdə cəhət xalqın üzləşdiyi faciələri, çəkdiyi ictimai, mənəvi ağrıları vətəndaş şair olaraq öz taleyində yaşaması olub. O, həyatda olduğu kimi, şeirlərində də hər şeyi açıq deyən, yazan şairdi. Onun “Lazım gəlsə... Lazımsan də!” şeirindəki bu misralar dediklərimizin barizliyidir.

Deyirsən ki: – Lazım gəlsə hazıram

Qəsb edilmiş bu torpağı almağa.

Vallah-billah, eşitməkdən bezaram

Hapla-gopla Qarabağı almağa...

Şairin bəlkə də uşaqdan-böyüyə hamımızın ruhunu alovlandırdığı bir şeiri var. Qabil onu 1969-cu ildə qələmə alıb. 50 ildən çoxdur ki, bu şeir özünün kəsb etdiyi məna-qüdrəti, poetik pafosu, məntiqi anlamı ilə düşüncəmizi elə sarıb ki... Hər günümüzdə-saatımızda şairin dediyi kimi, “Səhv düşəndə yerimiz” həyatımızda hansı tufanlar qopur, çox ciddi şəkildə onun şahidi oluruq...

Duman dağı dolanar,

Qiyamət olar.

Duman yola sallanar,

Müsibət olar.

Müsibət oluruq biz,

Səhv düşəndə yerimiz.

Ümman gəmisi çayda

Oturar, üzməz!

Çay gəmisi, dağ boyda

Dalğaya dözməz!

Dözümsüz oluruq biz,

Səhv düşəndə yerimiz.

Muğan həsrət yağışa,

Buludlar xəsis...

Yağış tökür Talışa,

Hey-hey gərəksiz...

Gərəksiz oluruq biz,

Səhv düşəndə yerimiz.

Küt bıçaq parıldayıb

Xırçıltı salıb.

Qılınc qında pas atıb

Qında korşalıb...

Heyf... korşalırıq biz,

Səhv düşəndə yerimiz.

Ağ biləklər, gül əllər

Tarlada qabar.

Bir qeyrətsiz yekəpər

Qızılgül satar.

Qeyrətsiz oluruq biz,

Səhv düşəndə yerimiz.

Tarın pərdələrini

Düzənə qurban!

Yerdəyiş et birini,

Xaric vurarsan.

Xaric səslənirik biz,

Səhv düşəndə yerimiz.

Qabilin poetik irsi bir ümmandır, dənizdir. Ora baş vurmaq, mətləblərindən agah olmaq, yazdıqlarının əksini həyatımızda hiss etmək, hikmətlərindən bəhrələnməyin özü də bir ecazdır, zövqdür. Bəzən də həyatın burulğanlarında azıb-qalanda o, şeirlərinin ifadə etdiyi mətləbləri ilə əlimizdən tutan aqilimiz, yolgöstərənimizdir. Elə bu mənada Qabil bütün zamanların şairidir, demək ki, şeirləri ilə yol-yoldaşlığı etmək həm də mənəvi borcumuzdur...

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb

Azərbaycanı Prezident Kubokunda təmsil edəcək taekvondoçular açıqlanıb

Həftəsonu “Kənddən Şəhərə” yarmarkaları təşkil ediləcək

Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasının iştirakçıları ilə görüşüb

Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elmi-tədqiqat işlərinin aparılması planlaşdırılır

Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır

Məktəblilərlə ekoloji maarifləndirməyə dair söhbət aparılıb

Azərbaycanın bədii gimnastları beynəlxalq turnirində mübarizə aparacaqlar

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

“Sabah”ın kapitanı: Hələ mövsümü özümüz üçün uğurlu adlandıra bilmərik

Beynəlxalq təşkilatlar, böyük dövlətlər rəsmi Bakının sülhpərvər siyasətinə ciddi dəstək göstərməlidirlər - RƏY

Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub

Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də kömək etməyə hazırdır

“Dəniz kənarında” filminin çəkiliş tarixi məlum olub

Xalq şairi Rəsul Rzanın ev-muzeyində tədbir: “100 illik şanlı tarix”

Yuğ Teatrı “21:15 qatarı” adlı yeni tamaşanın premyerasına hazırlaşır

® “Birbank Biznes”lə vaxt sənə işləsin

Elmira Süleymanova II Fəxri xiyabanda dəfn olunub

UNESCO-nun Afrikaya həsr edilmiş Zirvə toplantısında Azərbaycan da təmsil olunacaq

BDU Çinin Hefei Texnologiya Universiteti ilə əməkdaşlığı genişləndirir

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub VİDEO

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb