DÜNYA


Buxarest xəstəxanalarında reanimasiya şöbələri koronavirus səbəbindən doludur

Buxarest, 25 sentyabr, AZƏRTAC

Buxarest xəstəxanalarında COVID-19 xəstələri üçün reanimasiya şöbələri yüklənib. Həkimlərin dediyinə görə, yerlər yalnız xəstənin ölümü nəticəsində boşalır. Çox vaxt insanlar ağciyərləri ciddi şəkildə zədələndikdə, ağır vəziyyətdə tibb müəssisələrinə yerləşdirilir.

Xəstələrin 90 faizinin peyvənd olunmadığı qeyd olunur. Həkimlər bunun yalnız başlanğıc olduğunu və vəziyyətin pisləşəcəyindən qorxurlar.

Milli peyvənd proqramının koordinatorunun proqnozuna görə, oktyabrın ortalarına qədər Rumıniyada COVID-19-a yoluxma hallarının gündəlik artımı 20 minə çata bilər ki, bu da yeni məhdudiyyətlərə ehtiyac olacağı deməkdir.

Həftə ərzində Rumıniyada infeksiyaya yoluxma nisbətinin hər 1000 nəfərə üç haldan çox olduğu üçün bütün yaşayış məntəqələrində məcburi yaşıl sertifikat tətbiq edilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.