DÜNYA


Buxarestdə “BİAS-2017” ənənəvi beynəlxalq aviaşou keçirilib

Bakı, 24 iyul, AZƏRTAC 

Rumıniyanın paytaxtı Buxarestdə Aurel Vlayku adına Baneasa Beynəlxalq Aeroportunda “BİAS-2017” (Bucharest İnternational Air Show) aviaşousu keçirilib.

AZƏRTAC tədbirin rəsmi səhifəsi bias.aero-ya istinadən xəbər verir ki, artıq 9-cu dəfə təşkil olunan tədbirə müxtəlif ölkələrdən 200-dən çox elit pilot və paraşütçü qatılıb, həmçinin 100-dən çox mülki və hərbi təyyarə nümayiş olunub. Paralel olaraq Baneasa Beynəlxalq Aeroportunda aviatexnika istehsalçılarının “General Aviation Exhibition” sərgisi də keçirilib.

“BIAS-2017” çərçivəsində Rumıniya da daxil olmaqla, Avstriya, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Polşa, ABŞ, Türkiyə və Litvanın hərbi hava qüvvələrinin nümayəndələri heyranedici hava manevrləri göstəriblər.

Builki aviaşou Rumıniya Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilmiş “F-16 Fighting Falcon” təyyarələrinin istifadəyə verilməsinə həsr olunub. Bu təyyarələrlə bərabər, aviaşou çərçivəsində “MIG 21 Lancer”, “C 130 Hercules”, “C 27 Spartan” təyyarələri, həmçinin hava polisi və hava desantları tamaşaçılara maraqlı şou göstəriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.