İDMAN


Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb

Bakı, 8 aprel, AZƏRTAC

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı start götürüb.

AZƏRTAC xəbər verir ki, ilk yarış günündə 57, 65, 70, 79 və 97 kiloqram çəki dərəcəsində sərbəst güləşçilər mübarizəyə başlayıblar.

Çempionatın ilk günündə ölkəmizi Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Ağahüseyn Mustafayev (70 kq), Cəbrayıl Həsənov (79 kq) və

Nurməhəmməd Hacıyev (97 kq) təmsil edirlər.

Üçqat dünya çempionumuz Hacı Əliyev belaruslu Hüseyn Şaxbanov və ermənistanlı Vazgen Tevanyanı məğlub edərək dörddəbir finala yüksəlib. Digər güləşçimiz Ağahüseyn Mustafayev dörddəbir finalda Ermənistan təmsilçisi Devid Safaryanı məğlub edib. Cəbrayıl Həsənov da çempionata qələbə ilə başlayıb. İdmançımız gürcüstanlı Nika Kentçadzedən üstün olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.