DÜNYA


Buxarestdə ictimai nəqliyyat işçilərinin etiraz aksiyası keçirilib

Buxarest, 7 may, AZƏRTAC

Rumıniyanın paytaxtında yüzlərlə insan hökumətdən maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə şəhər ictimai nəqliyyat işçilərinin etiraz aksiyasına qatılıb.

AZƏRTAC xəbər verir ki, nümayişçilər “İxtisara yox!” və “Biz normal yaşamaq istəyirik!” yazılmış plakatları əllərində saxlayıblar. Etirazçılar hökumət əleyhinə şüarlar səsləndiriblər. Tədbirin keçirilməsində məqsəd Buxarestdə avtobus, trolleybus və tramvay sürücülərinin kütləvi şəkildə ixtisar edilməsinə ictimaiyyətin diqqətini cəlb etmək olub. Polis nümayişə müdaxilə etməyib.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.