DÜNYA


Buxarestdə ictimai nəqliyyat işçilərinin tətili davam edir

Buxarest, 26 yanvar, AZƏRTAC

Buxarestdə yerüstü ictimai nəqliyyat işçilərinin etiraz aksiyası davam edir. Etirazçılar maaşların artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını və baş direktorun istefasını tələb edirlər.

AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, Buxarest Nəqliyyat Şirkətinin parkından gələn avtobusların, trolleybusların və tramvayların yalnız beşdə biri fəaliyyət göstərir.

Şəhər sakinləri metrodan, taksidən istifadə edir, işə piyada gedirlər. Buxarest metrosunun rəhbərliyi parkdakı bütün qatarların xəttə buraxıldığını bildirib. Paytaxtda ictimai nəqliyyatdan hər gün yüz minlərlə vətəndaş yararlanır. Buxarest məhkəməsinin etiraz aksiyasını qeyri-qanuni elan etməsinə və onun dayandırılmasını tələb etməsinə baxmayaraq, tətil davam edir. Şirkətin idarə heyəti və paytaxt meriyasının rəhbərləri işçiləri işdən çıxarılmaqla, cinayət işi açılmaqla hədələyirlər. Şirkətin baş direktoru Adrian Kritz (Milli Liberal Partiya, PNL) hesab edir ki, tətil Vasile Petrariunun (Sosial Demokrat Partiyası, SDP) başçılıq etdiyi həmkarlar ittifaqı tərəfindən təşkil edilib və siyasi xarakter daşıyır.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.