DÜNYA


Buxarestdə maşından çıxmamış peyvəndlənmək olar

Buxarest, 29 aprel, AZƏRTAC

Rumıniyanın paytaxtı Buxarestin Konstitusiya meydanında maşından çıxmamış peyvəndlənmək olar.

AZƏRTAC xəbər verir ki, bu ölkədə birinci “drive-through” tipində peyvəndlənmə mərkəzidir. Vətəndaşlar səhər saatlarından peyvəndlənmək üçün maşınlarında növbəyə düzülürlər. Rumıniyanın səhiyyə nazirliyində dövlət katibi Andrey Baçu jurnalistlərə bildirib ki, peyvənd hamıya çatacaq. Yeni peyvəndlənmə mexanizmi, vaxtı olmayan, hər hansı bir səbəbdən peyvəndlənməyə çatmayan vətəndaşlar üçün ünvanlanıb. Mərkəz səhər saat 8-dən axşam saat 8-ə kimi fəaliyyət göstərir. Vətəndaşlara vurulan peyvənd isə Pfizer şirkətinə məxsusdur. Peyvəndlənmək istəyən vətəndaşlar şəxsiyyət vəsiqəsini və mərkəzə çatmamış doldurula biləcək sorğu kağızını təqdim etməlidir. Peyvəndlənmək üçün elektron növbə sistemi tətbiq olunmur. Bütün peyvənd olunan vətəndaşlar barədə məlumat milli elektron qeydiyyat portalına yerləşdirilir. Mərkəzin sentyabr ayına kimi fəaliyyət göstərməsi gözlənilir.

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Buxarest

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.