Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Buxarestdə yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin imzalanmasına dair plenar iclas keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib YENİLƏNİB-3 VİDEO

Buxarest, 17 dekabr, AZƏRTAC

Dekabrın 17-də Buxarestdə “Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclas keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev plenar iclasda iştirak edib.

Rumıniya Prezidenti Klaus Yohannis Prezident İlham Əliyevi, Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayeni, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini və Macarıstanın Baş naziri Viktor Orbanı qarşıladı.

Sonra birgə foto çəkdirildi.

Plenar iclası açan Rumıniya Prezidenti Klaus Yohannis qonaqları salamladı və çıxış etdi. Dördtərəfli sazişin əhəmiyyətindən danışan Rumıniya Prezidenti bildirdi ki, bu sənəd qeyd olunan ölkələr arasında bir sıra mühüm sahələrdə uzunmüddətli əməkdaşlıq üçün təməl yaradır. Həmçinin perspektivdə hələ görülməli işlərin çox olduğunu qeyd edən Rumıniya Prezidenti dedi: “Növbəti mərhələdə sualtı elektrik enerjisi xətti boyunca rəqəmsal xətti çəkməyi hədəfə alarıq. Dəniz nəqliyyat əlaqələrinin bizim Konstantadakı limanımızdan Gürcüstan istiqamətində genişlənməsi nəzərdə tutulur. Bu səylər Azərbaycanla və sonra Mərkəzi Asiya ilə bağlılığı artıracaq. Potensialımızdan yararlanmaq və dayanıqlılığı artırmaq üçün qarşıda bizi çoxlu işlər gözləyir”.

Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen isə qeyd etdi ki, bu Saziş Avropa İttifaqını Cənubi Qafqazdakı tərəfdaşlarına daha da yaxınlaşdıracaq və regionlarımıza təmiz enerjiyə keçidə nail olmağa kömək edəcək. Ursula fon der Lyayen sözügedən sənəddə bərpaolunan enerjiyə geniş diqqət ayrılmasından məmnunluğunu ifadə edərək dedi: “Bərpaolunan enerji mənbələrinin artmaqda olan payını inteqrasiya etmək üçün bizə güclü elektrik enerjisi interkonnektorları lazımdır. Məhz buna görə Rumıniya, Gürcüstan və Azərbaycan arasında Qara dənizdən çəkiləcək elektrik xətti olduqca vacibdir. Mən, sadəcə, onu deyə bilərəm ki, bu, çox iddialı bir layihədir. Bu layihə bizi həm rəqəmsal kommunikasiya, həm də enerji üçün Qara dənizin hər iki tərəfindən, həmçinin Xəzər dənizi regionu ilə bağlayacaq. Bərpaolunan enerji mənbələrindən elektrik enerjisini Rumıniya və Macarıstan ərazisindən Avropa İttifaqına gətirməklə bu layihə bizə təchizatın təhlükəsizliyini gücləndirməyə kömək edəcək.

Sonra dövlətimizin başçısı iclasda çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

- Hörmətli həmkarlar.

Xanımlar və cənablar.

Əvvəlcə, məni bu cür mühüm tədbirə dəvət etdiyinə və ev sahibliyinə görə Prezident Yohannisə təşəkkürümü bildirmək istəyirəm. Bu gün imzalanacaq yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin icrası Avropanın enerji təhlükəsizliyinə verəcəyimiz ümumi töhfə olacaqdır. Bu Saziş yaşıl enerji dəhlizinin yaradılması istiqamətində atılan mühüm addımdır.

Mən Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenə enerji təhlükəsizliyi və şaxələndirilməsi layihələrində Azərbaycana verdiyi davamlı dəstəyinə görə xüsusi minnətdarlığımı vurğulamaq istərdim.

Bu ilin iyulunda xanım Fon der Lyayenin Azərbaycana səfəri zamanı biz Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunu imzaladıq və biz həmin sənədin icrasına artıq başlamışıq. Ötən il Azərbaycanın Avropa İttifaqı bazarına təbii qaz ixracı 8,2 milyard kubmetr təşkil etmişdir, bu il 11,3 milyard kubmetrdir. Növbəti il onun həcmi ən azı 11,6 milyard kubmetr olacaq. Gələn il Azərbaycandan ixrac ediləcək təbii qazın ümumi həcmi təxminən 24 milyard kubmetr olacaq. Müqayisə üçün, 2021-ci ildə o, 19 milyard kubmetr təşkil edirdi.

Dünən Dövlət Neft Şirkəti və Romqaz 2023-cü il yanvarın 1-dən Azərbaycandan Rumıniyaya qazın təchizatı barədə müqavilə imzaladılar. Beləliklə, Azərbaycan özünün qaz təchizatının coğrafiyasını Avropa bazarına qədər genişləndirir. Bu, hamı üçün uduşlu vəziyyətdir, çünki Avropaya öz enerji təhlükəsizliyinin qorunması üçün qaz lazımdır, Azərbaycanın isə özünün nəhəng enerji resursları üçün etibarlı bazara ehtiyacı var.

Bu gün biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, yaşıl enerji təchizatçısına çevrilməyi planlaşdırır. Azərbaycanın bərpaolunan enerji potensialına gəldikdə, quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər dənizinin Azərbaycan sektorunda isə külək enerjisi 157 qiqavat təşkil edir. Ölkəmizin strateji investorlarının biri ilə biz 2027-ci ilə qədər 3 qiqavat külək və 1 qiqavat günəş enerjisini istehsal etməyi planlaşdırırıq. Onların 80 faizi ixrac olunacaq. Biz 2037-ci ilə qədər ən azı 6 qiqavatlıq əlavə gücləri yaratmağı planlaşdırırıq.

Beləliklə, yalnız təkcə bir qlobal enerji şirkəti Azərbaycanda 10 qiqavat yaşıl enerjinin istehsalına yatırımlar etməyi planlaşdırır. İki gün əvvəl Azərbaycanın Energetika Nazirliyi digər qlobal enerji şirkəti ilə çərçivə sazişini imzalayıb. Həmin şirkət Azərbaycanda 12 qiqavata qədər külək və günəş enerjisinin istehsalına sərmayə qoymağı planlaşdırır. Beləliklə, Azərbaycan ixracının birinci mərhələsində ən azı 3 qiqavatlıq əlavə ötürmə gücü yaradılacaqdır.

Məqsədlərimizə nail olmaq üçün biz səmərəli surətdə çalışmalıyıq. Azərbaycan, Gürcüstan, Macarıstan, Rumıniya Avropa İttifaqı ilə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində bir komanda kimi işləməlidirlər. Mən hamımıza uğurlar arzulayıram.

Sağ olun.

x x x

Rumıniya Prezidenti Klaus Yohannis dedi: “Çıxışınız üçün çox sağ olun, Prezident Əliyev. Eyni zamanda, yanaşmanız üçün də təşəkkür edirəm. Hesab edirəm ki, bu, düzgün yanaşmadır. Mən çox nikbinəm ki, bu dəfə iqtisadiyyatlarımızın yaşıl iqtisadiyyata keçid etməsini bizə söyləmək imkanını verən belə bir komandamız var”.

Sonra çıxış edən Macarıstanın Baş naziri Viktor Orban hazırkı şəraitdə liderlərin ölkələrinin iqtisadi və enerji təhlükəsizliyini təmin etməli olduqlarını vurğuladı. Hökumət başçısı bütün bunların həll yolunun bərpaolunan enerji mənbələrinin müəyyənləşdirilməsindən və onların Avropaya nəqlindən ibarət olduğunu vurğulayaraq dedi: “Avropa Komissiyasının müdrikliyinə görə biz Azərbaycana çox diqqət yetirdik, onunla əməkdaşlığımızı inkişaf etdirdik. Azərbaycanın və Prezident Əliyevin Avropa İttifaqı ilə əməkdaşlığa həmişə açıq olması təqdirəlayiqdir. Mən özüm də bir il ərzində Avropa İttifaqının həmişə Azərbaycana etibarlı tərəfdaş kimi etibar edə biləcəyinin şahidi olmuşam.

Bu gün enerji sahəsində Macarıstan adından bu sazişi imzalaya bildiyimiz üçün biz Azərbaycandakı, Gürcüstandakı və Rumıniyadakı dostlarımıza, həmçinin Avropa Komissiyasının Prezidentinə minnətdarıq”.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hazırkı geosiyasi çağırışlar fonunda enerji təhlükəsizliyi sahəsindəki aktual məsələlərin həlli baxımından şaxələndirmənin vacibliyinə diqqət çəkdi. Baş nazir vurğuladı ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişi imzalamaqla ölkələrimiz yaşıl enerji sahəsində sıx əməkdaşlıq etməyə hazır olduqlarını təsdiqlədi.

Rumıniyanın Baş naziri Nikolae Çuke dünyada baş verən hazırkı böhran şəraitində həmrəylik nümayiş etdirməyin və ehtiyatları bir araya gətirməyin vacibliyini qeyd etdi. Baş nazir strateji tərəfdaşlıq haqqında Sazişi enerji sahəsində uzunmüddətli qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addım kimi dəyərləndirərək dedi: “Mən 2023-cü ilin əvvəlindən başlayaraq Azərbaycan qazının Rumıniyaya çatdırılması ilə bağlı razılığa gəlinməsi istiqamətində irəliləyişi alqışlamaq istəyirəm. Bu, çox gözəl xəbərdir, çünki Rumıniyanın enerji təhlükəsizliyi baxımından əlavə bir müdafiəsi olacaqdır. Bir tərəfdən Azərbaycan Respublikası və Gürcüstan Respublikası arasında, digər tərəfdən isə Avropa arasında yaşıl enerji ticarətinin inkişafını nəzərə alaraq, bərpaolunan enerjinin generasiyası üzrə mövcud potensialdan faydalanmaq bu gün heç vaxt olmadığı qədər mühüm əhəmiyyət kəsb edir”.

Çıxışlardan sonra yekun iclas keçirildi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Buxarestdə yaşıl enerji ilə bağlı strateji tərəfdaşlıq haqqında Sazişin imzalanmasına dair plenar iclas keçirilib  Azərbaycan Prezidenti İlham Əliyev iclasda çıxış edib YENİLƏNİB-3 VİDEO

Rumıniyalı futbolçu: “Qarabağ”la oyunda bəxtimiz gətirdi

Kanat Bozumbayev: “Qara qutu”ların məlumatları əvvəllər internetdə dərc olunmuş informasiyadan fərqlidir

Coğrafiyanın müasir problemlərinə dair beynəlxalq konfransın materialları çapdan çıxıb

Yanvar çağırışının gedişatı müzakirə olunub

“Qazaxın dörd kəndinin azadlığına aparan yol gənclərin gözü ilə” mövzusunda tədbir keçirilib

Sabah hava əsasən yağmursuz olacaq

Ötən il məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərdə artım olub

Şirvanda 5 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb

Aktauda baş verən təyyarə qəzasında xəsarət alan 4 pasiyentin stasionar müalicəsi hazırda davam etdirilir

UNEC ilə Daşkənd Beynəlxalq Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Aktau yaxınlığında təyyarə qəzası ilə bağlı istintaqın ilkin nəticələri gələn həftə açıqlana bilər

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir

bp növbəti təhsil layihəsinin sonuncu mərhələsini uğurla başa çatdırıb

99 saylı Bərdə seçki dairəsində keçirilən maarifləndirici treninqlər başa çatıb

Bakıda BMT Turizmin Avropa üzrə Regional Komissiyasının iclası keçiriləcək

“Alfa” platformasında qaz hasilatı və ixrac üzrə bütün əməliyyatlar bərpa olunub

Rəis müavini: Süni maneələrin aradan qaldırılması yanğının söndürülməsi üçün zəruri tədbirdir

“Şahdəniz" qaz-kondensat yatağında yeni platforma tikiləcək

NBA-da növbəti oyunlar keçirilib

Azərbaycanda Mükəmməllik Mərkəzi təsis olunacaq

Belçika millisinin yeni baş məşqçisi məlum olub

Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu Davosda diqqət mərkəzində olub ŞƏRH

Azərbaycan Milli Peyk İnnovasiya Müsabiqəsinin birinci mərhələsinə start verilib

Joze Mourinyo Avropa Liqasının matçından əvvəl kuryoz hadisə ilə üzləşib

Ötən il Almaniyadan 20 mindən çox qanunsuz miqrant deportasiya edilib

Ankarada Türkiyə ilə Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Rektor: İctimai Nəzarət Şurası bizə işimizi effektiv qurmağa kömək edir

Bu gün görkəmli dirijor, Xalq artisti Əşrəf Həsənovun doğum günüdür

Davos Forumunda Azərbaycan Prezidentinə göstərilən rəğbət aydın şəkildə müşahidə edildi ŞƏRH

Kanadada timsah dişlərinin izləri olan nəhəng pterozavr qalıqları tapılıb

Bakıda yanğınsöndürən və digər qəza-xilasetmə texnikalarının işinə çətinlik yaradan süni maneələr sökülüb

“Qarabağ”ın qapıçısı: Künc zərbəsindən qol buraxmaq məyusedicidir

Oğuz məktəblisi fənn olimpiadalarının rayon turunda maksimum nəticə əldə edib

Tramp: ABŞ dünyanı yüz illər boyu enerji ilə təmin edə bilər

Kaliforniyada meşə yanğınları incəsənət əsərləri kolleksiyalarını məhv edib

Özünüməşğulluq proqramına cəlb olunanların illik sayı 15 dəfəyə yaxın artıb

® “Financial Chain Corporation” hüquqi xidmətlərini genişləndirir

Vətəndaşlar üç tibb müəssisəsində göndəriş olmadan stasionar xidmətlərdən yararlana biləcəklər

Cinayət Məcəlləsinə dövlət satınalmaları haqqında qanunvericiliyi pozmaya görə dəyişiklik olunur

Mütəxəssis: Süni intellekt insandan asılıdır və ondan nə tələb edəcəyimizə biz qərar veririk MÜSAHİBƏ

İKTA: “E-Şikayət”ə edilən müraciətlərin sayı 4500-ə çatıb

Yanvarın 24-ü Beynəlxalq Təhsil Günüdür

Analitik Ekspertiza Mərkəzinin əməkdaşları özəl klinikada yoxlama apararkən müqavimətlə üzləşiblər

Nohurgöldə batan şəxsin meyiti tapılıb VİDEO

Milli mətbuatın 150 illiyi ilə bağlı yubiley medalı təsis edilir

Bakı Kosmik Texnologiyalar Konfransına ev sahibliyi edəcək

Üzərinə həbs qoyulmuş əmlakın idarəsi, satışı və icarəsi üçün yeni qaydalar təklif olunur

Mehdiabadda sursat aşkarlanıb

“Solo gənclik” layihəsi davam edir

Dünya birjalarında neftin ucuzlaşması davam edir

Mənzil Məcəlləsinə sosial kirayə evlərlə bağlı dəyişiklik edilir

Gənc Tamaşaçılar Teatrında “Xeyir xəbər”

Moldovada yaşamaq hüququ alan əcnəbilərin arasında Rusiya vətəndaşları daha çoxdur

İlk fransızdilli azərbaycanlı yazıçı

Rusiya ordusunun Kiyev vilayətinə hava hücumu nəticəsində itkilər var VİDEO

Azərbaycanın turizm imkanları İspaniyada təqdim olunur

Maliyyə sektorunda terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə gücləndirilir

Məhkəmə doğumla bağlı vətəndaşlıq hüququnun məhdudlaşdırılmasına dair Trampın fərmanının icrasını dayandırıb

Astarada 9 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı çərçivəsində İqtisadiyyat Nazirliyi bir sıra görüşlər keçirib

Kaşğar - qədim “İpək yolunun ürəyi” - FOTOREPORTAJ VİDEO

Dövlət Komitəsi sədrinin Göygöldə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Bu gün Misli Premyer Liqasında XX tura start veriləcək

DİN: Ötən gün 70 cinayətin üstünün açılması təmin olunub

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 6 aprel tarixli 60 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının pozulmasına görə fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin təyinatı üzrə istifadə olunması Qaydası”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

NDU-da beynəlxalq səviyyədə akkreditasiya olunan ixtisaslar artırılacaq, Alman dili Mərkəzi açılacaq

MDU və UNEC-in birgə təşkilatçılığı ilə “Elmin populyarlaşdırılması” mövzusunda tədbir keçirilib

Cüdo üzrə Azərbaycan yığmalarında yeni məşqçi təyinatları olub

Azərbaycan nefti ucuzlaşıb

Ölkə ərazisində hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olub - Faktiki hava

Cənubi Koreya kəşfiyyatı: KXDR Rusiyaya əlavə qoşunlar göndərməyə hazırlaşır

Özünü şirkət rəhbəri kimi təqdim edərək kiberdələduzluq edən şəxs saxlanılıb

Bakıda bir sıra yollarda sıxlıq müşahidə olunur - SİYAHI

Araşdırma: Sosial mediadan tez-tez istifadə həddindən artıq əsəbilik yaradır

Genetik xəstəliklərin inkişaf ehtimalını azalda biləcək embrionlar üzrə araşdırma aparılıb

Tramp: Səudiyyə Ərəbistanından ABŞ-a bir trilyon dollar sərmayə qoymasına ümid edirəm

Almaniyada iki nəfəri qətlə yetirən miqrant psixiatriya xəstəxanasına yerləşdirilib

“Boko Haram” silahlıları Nigeriyada 20 nəfəri qətlə yetiriblər

Tədqiqatçılar erkən doğuşun beyin inkişafı üzərindəki təsirini araşdırıb

Maya Sandu Avropa və G7 ölkələri səfirləri ilə enerji böhranını müzakirə edib

Naxçıvanda Məhkəmə Ekspertizası Mərkəzinə təyin olunmuş işlərin 93 faizi həll edilib

Dövlət Departamenti: Marko Rubio və Hakan Fidan Azərbaycanla Ermənistan arasında sülh prosesini müzakirə ediblər

Belarusda prezident seçkilərində vaxtından əvvəl səsvermədə seçicilərin 27,15 faizi iştirak edib

ABŞ-da Con Retklif Mərkəzi Kəşfiyyat İdarəsinin yeni direktoru oldu

Avropa Liqası: "Mançester Yunayted" evdə, "Tottenhem" səfərdə qalib gəlib

Naxçıvanda ötən il 8 qeyri-kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb

Tramp Kennedinin qətli ilə bağlı məxfi materialların açıqlanmasına dair sərəncam imzalayıb

Qurban Qurbanov: Bəlkə də bu, avrokuboklarda ən uğursuz seriyamızdır

Rumıniya klubunun baş məşqçisi: “Qarabağ”la oyunda bəxtimiz gətirdi

Avropa Liqası: “Fənərbağça” Fransa klubu ilə qolsuz heç-heçə edib

Avropa Liqası: “Qarabağ” doğma meydanda Rumıniya klubuna məğlub olub-YENİLƏNİB-6

Bavariyada iki nəfərin ölümü ilə nəticələnən bıçaqlı hücum siyasi dairələrdə ciddi müzakirələrə səbəb olub

Mariya Zaxarova: Hələlik Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasətini proqnozlaşdırmaq çətindir

Beynəlxalq Türk Akademiyası ilə TÜBİTAK arasında əməkdaşlıq əlaqələri genişlənir

Naxçıvanda probasiya sahəsi üzrə daxil olan işlər 8 faiz artıb

Türkiyədə çökən mədəndən 2 nəfər xilas edilib

Gürcüstan parlamentində iqlim dəyişikliyi ilə bağlı qanun layihəsi hazırlanır

Azərbaycan ilə Belarus arasında ikitərəfli əlaqələrin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Avropa Liqası: “Qarabağ” və FKSB-nin start heyətləri açıqlanıb

Dövlət Komitəsi: 85 ölkədən 1000-ə yaxın soydaşımızın iştirakı ilə videokonfrans keçirilib