CƏMİYYƏT


Buynuz qişanın transplantasiyası əməliyyatları aparılan xəstələrin əksəriyyəti cavanlardır

Bakı, 22 may, AZƏRTAC 

Buynuz qişanın transplantasiyası əməliyyatları aparılan xəstələrin 50-60 faizi cavanlardır. Bu xəstəlik insanlarda korluğa səbəb olur. Əməliyyatdan sonra onların görmə qabiliyyəti bərpa olunur, kosmetik defektlər aradan qaldırılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin cərrah-transplantoloqu Fərəh Abduləliyeva kütləvi informasiya vasitələrinin nümayəndələrinə açıqlamasında deyib.

Cərrah-transplantoloq bildirib ki, ötən həftə mərkəzdə 22 xəstəyə buynuz qişanın transplantasiyası əməliyyatı aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.