İDMAN


Buzadırmanma üzrə açıq ölkə çempionatına yekun vurulub

Bakı, 6 fevral, AZƏRTAC

Qusar rayonunun Ləzə kəndi yaxınlığındakı donmuş şəlalələrdə keçirilən buzadırmanma üzrə X açıq Azərbaycan çempionatına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Dağçılıq və Ekstremal İdman Növləri Federasiyaları Assosiasiyasının (ADEİNFA), Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAIREX) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan ikigünlük yarış oğlanlar və qızlar arasında keçirilib. Çempionatda çətinlik mərhələsi üzrə təsnifat yarışını müvəffəqiyyətlə başa vuran idmançılar yarımfinala vəsiqə qazanıblar. Daha sonra final mərhələsi keçirilib.

Çətinlik növü üzrə oğlanların yarışında Rinat Rəhimxanov (“Qafqaz” idman klubu (İK), Qalib Şıxrəhimov (“Ləzə” İK) və Ramay Rəhimxanov (“Qafqaz” İK) müvafiq olaraq ilk üç sırada qərarlaşıblar.

Qızların yarışında Leyla Əhmədova (“Qafqaz” İK) birinci, Nigar Mərdanova (“Kyanite”) ikinci və Fidan Novruzova (“Qərb Universiteti”) üçüncü yeri tutublar.

Sürət növü üzrə oğlanların mübarizəsində birinci yerə “Ləzə” idman klubunun üzvü Qalib Şıxrəhimov layiq görülüb. Rinat Rəhimxanov (“Qafqaz” İK) ikinci, İlham İsrafilov (“Salavat” İK) isə üçüncü olublar.

Çempionatda komanda hesabında “Qafqaz”, “Zirvə” və “FHN” idman klubları ilk sıralarda qərarlaşıblar.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, FAIREX-in kubok və medalları təqdim olunub.

Belə yarışların keçirilməsi dağçılıq idman növləri üzrə beynəlxalq turnirlərdə Azərbaycanı təmsil edəcək milli komandanın formalaşması məqsədini güdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.