CƏMİYYƏT


Buzovna qəsəbəsində marketdən oğurluq edən şəxs məsuliyyətə cəlb olunub

Bakı, 3 avqust, AZƏRTAC

Buzovna qəsəbəsi ərazisindəki marketlərin birindən 150 manat məbləğində pul, 3493 manat dəyərində tütün məmulatı, pos-terminal, prosessor və modem oğurlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini M.Alməmmədov Xəzər Rayon Polis İdarəsinin 2-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.